Yaponiyada bir qram qızılın qiyməti 28 403 yen həddinə (mövcud məzənnə ilə təxminən 186 dollar) çataraq növbəti dəfə tarixi maksimumu yeniləyib. Bu barədə ölkənin aparıcı qiymətli metallar satıcısı olan “Tanaka Kikinzoku” şirkətinin məlumatlarında bildirilir.
Yerli analitiklərin fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyinin zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar fonunda investorların qızıla marağı artmaqda davam edir. Qeyd olunur ki, sistemin rəhbərliyi prezident Donald Tramp tərəfindən sərt tənqid olunur. Bu şəraitdə investorlar qızılı etibarlı aktiv kimi qiymətləndirirlər.






