8 C
Baku
Wednesday, January 28, 2026

Tramp: ABŞ gömrük rüsumlarından $600 milyard gəlir əldə edib

Gömrük rüsumları ABŞ-yə təxminən 600 milyard dollar gəlir gətirib. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

“Rüsumlar uğur üçün əvəzolunmazdır”, – deyə o, “Fox News” telekanalına müsahibəsində bildirib. “Biz rüsumlar hesabına 600 milyard dollar əldə etmişik”, – Tramp əlavə edib.

Əgər ABŞ Ali Məhkəməsi tarif tədbirlərini etibarsız hesab edərsə, Amerika administrasiyası onların əvəzini tapacaq, deyə prezident qeyd edib.

2 aprel 2025-ci ildə Tramp 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq olunduğunu elan etmişdi. Daha sonra prezident bir sıra ölkələrdən idxal edilən mallara tətbiq olunan tarif dərəcələrini dəyişmişdi. Məhkəmə prosesi bir qrup biznes nümayəndəsinin ABŞ hakimiyyət orqanlarına qarşı iddia qaldırmasından sonra başlanıb. Onlar tariflərin qanunsuz olduğunu və özəl şirkətlərə zərər vurduğunu bildiriblər.

29 avqustda Kolumbiya dairəsi üzrə federal apellyasiya məhkəməsi Trampın elan etdiyi bir çox rüsumları tətbiq etmək üçün zəruri səlahiyyətlərə malik olmadığını təsdiqləyib. ABŞ administrasiyası isə 4 sentyabrda bu qərarın ləğv edilməsi xahişi ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər
Digər xəbərlər