7 C
Baku
Thursday, January 29, 2026

Azərbaycana camış və inək ətinin idxalında Hindistanın payı sürətlə artıb

2025-ci ildə Hindistandan Azərbaycana idxal edilən iri buynuzlu heyvan (inək və camış daxildir) ətinin həcmi kəskin artıb.

Banker.az xəbər verir ki, Cənub Asiya ölkəsindən ötən ilin on bir ayında 1 129 ton inək əti alıb, bunun dəyəri təxminən 3,78 mln. dollar olub.

2024-cü ilin eyni dövrü ilə müqayisədə həcmi 63% artıb, dəyəri isə 78% yüksəlib. Bununla da

Orta qiymət baxımından ət tonuna görə 2025-ci ildə Hindistandan idxal 3 350 min dollar/ton təşkil edib, 2024-cü ildə isə orta qiymət 3 060 min dollar/ton olub.

Hindistanda iri buynuzlu heyvan ətinin çox olmasının əsas səbəblərindən biri ölkənin dünyada ən böyük mal‑qara və camış heyvanı sayına sahib olmasıdır – bu heyvanların sayı 300 milyondan çoxdur və ölkə camış yetişdirməsində liderdir. Bu, həm daxili tələbatı ödəməyə, həm də böyük ixrac bazarları üçün məhsul təmin etməyə imkan verir.

Bu dövrdə Azərbaycanın ümumi 8 167 ton iri buynuzlu heyvan əti idxal edib ki, bunun dəyəri təxminən 33,83 mln. dollar olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 8% artıb, dəyəri isə 6,8% yüksəlib.

Ən çox idxal edilən ölkələr sırasında Ukrayna 3 899 ton və 19,41 mln. dollarla birinci yerdədir. 2024-cü ildə bu göstərici 4 112 ton və 20,04 mln. dollar olub ki, bu da həcmin 5% azaldığını göstərir. Braziliya 2025-ci ildə 2 959 ton və 9,54 mln. dollar dəyərində ət tədarük edib, 2024-cü illə müqayisədə həcmi 19% artıb, dəyəri isə 21,6% yüksəlib.

Orta qiymət baxımından idxal edilən iri buynuzlu heyvan ətinin tonu təxminən 4,14 min dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər