8 C
Baku
Wednesday, January 28, 2026

“PAŞA Bank”ın yeni səhmlərini haradan əldə edilə bilər? – Platformalar açıqlandı

“PAŞA Bank” ASC səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) prosesində iştirak həm onlayn, həm də fiziki kanallar vasitəsilə mümkün olacaq.

Banker.az xəbər verir ki, bu barədə məlumat bankın mətbuat konfransında qeyd edilib.

Fərdi investorlar səhmləri “PAŞA Bank”, “BirBank”, “Birİnvest” platformaları, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də və digər investisiya şirkətlərinin tətbiqləri, eləcə də PAŞA Bank-ın mobil tətbiqi üzərindən ala biləcəklər.

Bundan əlavə, “PAŞA Bank” və “Kapital Bank”ın, həmçinin “BirBank” filial şəbəkəsi vasitəsilə də səhm alışı təmin ediləcək.

IPO çərçivəsində bankın nizamnamə kapitalının təxminən 5 %-i bazara çıxarılacaq. Bu, 932 926 ədəd adi, adlı səhm deməkdir. Bu da səhmlərin yerləşdirməsi baş tutarsa ümumi dəyərinin 18 658 520 manat olması deməkdir. Səhmlərin qiyməti və yerləşdirmə şərtləri hazırda yekunlaşdırılan emissiya prospekti çərçivəsində, bazar şəraiti, investor marağı və qiymətləndirmə nəticələri əsasında müəyyən ediləcək və növbəti mərhələdə ictimaiyyətə açıqlanacaq.

Cəlb ediləcək vəsait bankın kredit portfelinin və ümumi biznesinin genişləndirilməsinə yönəldiləcək. Qeyd edək ki, bu addım PAŞA Bank-ı Azərbaycanda IPO həyata keçirən ilk özəl bank edir və ölkənin kapital bazarı üçün mühüm dönüş nöqtəsi hesab olunur. Bununla belə, indiyə qədər sektordan ABB müvafiq addımla bazara çıxıb.

Son xəbərlər
Digər xəbərlər