6 C
Baku
Thursday, January 29, 2026

KİV: Tramp İrana zərbələr endirilməsinin yeni variantlarını nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün zərbələrin endirilməsi ilə bağlı yeni planları araşdırır.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti etiraz aksiyalarının iştirakçılarının öldürülməsinə görə məsuliyyət daşıdığı iddia edilən İranın siyasi və təhlükəsizlik rəhbərliyinə qarşı aviazərbələrin endirilməsi imkanlarını nəzərdən keçirir. Eyni zamanda, Trampın gündəmində İranın nüvə obyektlərinə və hökumət qurumlarına zərbələrin vurulması variantı da var.

Qeyd olunur ki, Donald Tramp hələlik yekun qərar qəbul etməyib. Bununla belə, Yaxın Şərq regionuna aviadaşıyıcı zərbə qrupunun yerləşdirilməsindən sonra ABŞ prezidentinin əlində daha geniş seçim imkanlarının yarandığı bildirilir.

CNN-in məlumatına görə, Tramp bu variantları Vaşinqton və Tehran arasında İranın nüvə və raket proqramlarının məhdudlaşdırılması ilə bağlı aparılan ilkin danışıqların nəticəsiz qalmasından sonra nəzərdən keçirməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər