6 C
Baku
Thursday, January 29, 2026

Qızıl və gümüş qiymətləri yeni rekord qırıb

Ticarət zamanı qızılın qiyməti bir unsiya üçün tarixi maksimum olan 5 625,89 dollar, gümüşün qiyməti isə 119,45 dollar səviyyəsinə çatıb.

Hər iki aktiv ABŞ prezidenti Donald Trampın İranı ABŞ ilə nüvə sazişi bağlamağın vacibliyi barədə xəbərdar etməsindən sonra bahalaşıb. Onun sözlərinə görə, əks halda İran ötən ilin iyununda həyata keçirilmiş hücumdan qat-qat daha ciddi hərbi zərbələrlə üzləşə bilər. Bu barədə “Bloomberg” yazır.

Bundan əlavə, ABŞ dollarının zəifləməsi də qiymətli metallara dəstək verməyə davam edib. Dolların ucuzlaşması qızılı digər valyutalarla ticarət aparan xarici alıcılar üçün daha cəlbedici edib.

Son xəbərlər
Digər xəbərlər