13 C
Baku
Saturday, November 23, 2024

Britaniya Funt Sterlinqi barədə nələri bilmək vacibdir?

Britaniya Funt Sterlinqi nədir?

 Britaniya funtu (bəzən də sterlinqlər funtu adlandırılır) — iqtisadi və maliyyə nöqteyi nəzərindən dünyada ən vacib valyutalardan biridir.

Beynəlxalq valyuta satışı bazarı olan Forex-də o satışına görə dördüncü yerdə, dünya üzrə valyuta ehtiyatlarının miqdarına  görə isə üçüncü yerdədir. 

Britaniya Funtu həmçinin dünya valyutaları tarixində də kifayət qədər əhəmiyyətli yer tutur: bir zamanlar o. beynəlxalq ticarət sahəsində və mühasibatda birinci yerdə olmuşdur, sonra isə onun yerini ABŞ dolları tutdu. Britaniya milli valyutası özünün lider mövqeyini 1940-ci illərin axırından etibarən, İkinci dünya müharibəsindəki məğlubiyyətdən və həmçinin Böyük Britaniya imperiyasının süqutundan sonra itirməyə başladı. Amma funt sterlinqlər öz aktuallığını bu günə qədər qoruyub saxlamışdır.

Bundan əlavə, funtun hec-fondların və valyuta spekulyasiyalarının yaranma tarixi ilə əlaqəsi də maraq doğurur. 1990-ci ildə Böyük Britaniya valyuta kursları mexanizmi yaratmaq niyyəti ilə Avropa valyuta sisteminə daxil oldu (ERM). Sistemin məqsədi valyuta kotirovkalarının dəyişmələri nəticəsində yaranan qeyri-sabitliyi yumşaltmaq, həmçinin Avropanı yeni valyutanın tətbiqi üçün hazırlamaq idi. Lakin bu təşkilat qarşıya qoyulmuş məqsədə heç cür nail ola bilmədi və buna görə də Birləşmiş Krallığın investorların mövcud faiz dərəcələrini olduğu kimi saxlamağa əbəs yerə çalışmaqlarına rəğmən, İngiltərə Bankı külli miqdarda kapital itkisinə məruz qaldı və bunun ardınca eniş dövrü yaşadı.

Digər az tanınan birja oyunçuları ilə bir sırada Corc Soros bu məsələ ilə əlaqədar bildirirdi ki, heç nəyə baxmayaraq dərəcələri bir yerdə saxlamaq qeyri mümkün idi (bunun üçün iqtisadi güc kifayət etmirdi), və nəticədə funt sterlinqlər çox möhkəm şəkildə aşağı düşdü. Bu və digər səbəblərdən dolayı, Böyük Britaniya 1992-ci ilin 16 sentyabrında Avropa valyuta sistemini tərk etdi (bu gün birja satışları tarixinə qara çərşənbə kimi daxil oldu), Soros isə bu addıma görə 1 milyard dollar mənfəət əldə etdi.

Bütün dəyərli valyutalar mərkəzi banklar tərəfindən idarə olunur, funta gəldikdə isə onun tənzimləyicisi rolunda İngiltərə Bankı çıxış edir. Bütün Qərbi Avropa banklarının inflyasiya ilə mübarizəni özünün bir nömrəli hədəfi elan etdiyi, həmçinin müəyyən iqtisadi artım səviyyəsini təmin etməyə çalışdığı bir vaxtda, İngiltərə bankının əsas məqsədi 2 faizli inflyasiya səviyyəsini saxlamaqdır.

Böyük Britaniya iqtisadiyyatı

Ümum Daxili Məhsulun nominal həcminə görə Böyük Britaniya 2010-cu ilin yekunlarına əsasən altıncı yerdədir. Son iyirmi il ərzində ölkədə daim, çox cüzi də olsa iqtisadi artım müşahidə olunub, baxmayaraq ki, 2008-ci ilin maliyyə böhranı və onun ardınca sürən iqtisadi eniş dövrü İngiltərə iqtisadiyyatından da yan keçməmişdir. Inflyasiya sıçrayış xarakterli idi: 1990-cı illərin əvvəlində o, 8%-ə qədər yüksəlmişdir, son illər ərzində isə onun səviyyəsi məqbul hesab olunur.

Daha çox narahatlıq isə böyük Britaniyanın ümum daxili məhsula nisbətdə dövlət borcunun artması faktoru doğurur. 1990-cı illərin sonunda o, 50% həddindən də yuxarı qalxmış, sonralar isə balans normaya düşmüşdür. Amma 2008-ci ildən etibarən bu göstərici yenə də yüksəlməkdədir.

Britaniya Avropa İttifaqına daxil olsa da, Avrozonanın üzvü deyil, bu isə o anlama gəlir ki, Britaniya vergi və monetar siyasətlə bağlı öz suverenliyini qoruyub saxlayır. Ümumilikdə götürəndə, hətta Avrozona standartlarından yanaşsaq da, Britaniya iqtisadiyyatı kifayət qədər qloballaşmışdır, London isə ikinci beynəlxalq əhəmiyyətli maliyyə mərkəzidir. Buna görə də Birləşmiş Krallıq böyük kapital cəlb etmək istəyən, amma ABŞ əskinasları ilə bağlı çətinliklərdən ehtiyat edən kompaniyalar arasında yüksək qiymətləndirilir.

Ölkə hökuməti biznesin dəstəklənməsi siyasətini tətbiq edir, həmçinin dərman preparatlarının istehsalında, aerokosmik sənayedə, bank, maliyyə, reklam və mühasibat kimi xidmət sahələrində lider mövqeyə malikdir. Böyük Britaniyanın əhalisi qocalır, amma buna rəğmən onun əmək qabiliyyətli hissəsi kifayət qədər rəqabətə davamlıdır.

Böyük Britaniyanın ən nəhəng tərəfdaşı ABŞ-dır, amma Avropa ölkələri də Böyük Britaniya ilə idxal-ixrac proseslərində xüsusi aktivdir. Bütün bunların nəticəsi olaraq, Avropa ölkələrinin iqtisadiyyatının durumu Britaniyaya da təsir edir, ona görə də funt sterlinqlər ilə əməliyyatlar aparmağı planlaşdıran treyderlər Britaniya iqtisadiyyatından da daha ciddi şəkildə digər Avropa ölkələrinin makro iqtisadi göstəricilərini araşdırmalı və onları dərindən təhlil etməlidir.

Britaniya funtunu hərəkətə gətirən nədir?

Bloomberg  və The Wall Street Journal nəşrlərində aylıq olaraq əsas iqtisadi faktorlar (ÜDM, inflyasiya, ticarət və ödəmə balansı və s) haqqında məlumat dərc olunur, lakin treyderlər Böyük Britaniya ilə bağlı hər hansı plan qurmaq istəyirlərsə, mütləq İngiltərə bankının anti-inflyasiya siyasətini nəzərə almalıdırlar. Belə ki, o, ölkədə inflyasiyanın 2% səviyyəsində saxlanılması siyasətini elan etmişdir, ölkədə baza faiz dərəcələrinin istənilən dəyişikliyi funt sterlinqin kotirovkasına güclü şəkildə təsir edir. İnflyasiyanın səviyyəsinə təsir edən əsas məhsullar – neft, təbii qaz və dənli bitkilərdir. Buna görə treyderlər onların qiymətini də izləməlidir.

Dünyanın hər yerindən Böyük Britaniyaya sərmayə axını gəlir, təbii ki, bu da ölkənin milli valyutasının kotirovkasına təsir edən amillər sırasındadır. Bununla yanaşı, Birləşmiş Krallıq kapital cəlb etmək istəyən şirkətlər arasında da böyük populyarlığa malikdir. Bu planda o tədricən Nyu-Yorkun yerini tutmaqdadır. Eyni zamanda kerri treyd strategiyası (azgəlirli valyutaların alınması və çox gəlirlilərin satışı) Britaniya funtuna elə çox təsir göstərmir.

Britaniya funtunun unikallığı nədədir?

Funt sterlinq dünya valyuta ehtiyatları sırasında öz əhəmiyyətinə görə üçüncü yerdə dayandığından, dünya iqtisadiyyatında da xüsusi ağır çəkiyə malik olub, çox vacib rol oynayır. Bu əhəmiyyət bir tərəfdən Londonun beynəlxalq maliyyə mərkəzi statusu ilə izah olunursa, digər tərəfdən isə Birləşmiş Krallığın dünya dövlətləri sırasında lider mövqeyi ilə əlaqədardır.

Həmçinin Böyük Britaniya iqtisadiyyatının idarə edilməsinin ağıllı və konservativ tərzdə həyata keçirildiyi ölkə təsiri bağışlayır. Bir qayda olaraq, ölkənin iqtisadi siyasəti idarəetmə sükanın arxasında hansı partiyanın durmasından asılı olur (ödənişlərin həyata keçirilməsindən başlayaraq, dövlət borcunun azaldılmasına qədər), amma istənilən halda Birləşmiş Krallığın iqtisadi inkişafı həmişə stabil, iqtisadi artımı isə daimidir. Hətta bu artım çox cüzi olub, çox da əhəmiyyətli görsənməsə belə, qeyd etmək lazımdır ki, o həmişə müşahidə olunur. Bundan əlavə, funt sterlinq— ABŞ dollarından daha baha olan az saylı valyutalardan biridir.

Nəticə

Böyük Britaniyanın əhalisi və ərazisi elə də böyük deyil, amma onun iqtisadiyyatı dünyada aparıcı mövqelərdən birinə malikdir, ölkənin özü isə hələ keçmiş dövrlərdən bəri dünyanın iqtisadi lideridir. Böyük Britaniyada istehsal və xidmət sahələri arasında çox etibarlı bir balans hökm sürür, onun iqtisadi siyasəti isə stabilliyə və iqtisadi artıma hesablanıb.

Amerikan dollarına ciddi alternativ olaraq, Britaniya funt sterlinqi hələ gələcəkdə də özünün əsas dünyəvi valyuta kimi əhəmiyyətini qoruyub saxlaya biləcəkdir.

Son xəbərlər
Digər xəbərlər