6 C
Baku
Thursday, January 29, 2026

“Xalq Sığorta”nın maliyyə vəziyyəti açıqlandı

“Xalq Sığorta” ASC 2025-ci ili 5.99 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü ilin 4.79 milyon manatlıq nəticəsindən 25% yüksəkdir.

Banker.az xəbər verir ki, şirkətin bölüşdürülməmiş mənfəət də əhəmiyyətli şəkildə artaraq 498 min manatdan 5.09 milyon manata çatıb.

Sığorta Şirkətinin ümumi gəlirləri 2025-ci ildə 32.32 milyon manat təşkil edib və 2024-cü illə müqayisədə 8% artıb. Əsas əməliyyat gəlirləri 25.67 milyon manatla 3% artım müşahidə olunub. İnvestisiya gəlirləri isə 6.21 milyon manatdan 3.87 milyon manata düşüb, yəni 38% azalıb.

Əsas əməliyyat xərcləri isə 16.79 milyon manatdan 14.7 milyon manata düşüb, yəni 13% azalma baş verib. İşlərin aparılması xərcləri isə 8.08 milyon manatdan 10.22 milyon manata yüksəlib, bu da 26% artım deməkdir.

Sığorta portfelində şəxsi sığorta üzrə zərərlilik dərəcəsi 168%-dən 116%-ə enib, yəni 31% azalıb. Əmlak sığortasında isə 62%-dən 43%-ə düşüb, 31% azalma qeydə alınıb. İcbari sığortası üzrə zərərlilik 78%-dən 83%-ə yüksəlib, 6% artım müşahidə olunub. Digər sığorta siniflərində isə 92%-dən 101%-ə qalxıb, 10% artım var. Ümumilikdə şirkətin zərərlilik dərəcəsi 91%-dən 84%-ə enib, yəni 8% azalma baş verib.

“Xalq Sığorta”nın investisiya portfeli 2025-ci ildə 64.2 milyon manat təşkil edib və 2024-cü ilin 57.93 milyon manatlıq səviyyəsindən 11% artıb. Dövlət istiqrazları sabit qalıb, qeyri-dövlət istiqrazları 18.76 milyon manatdan 13.98 milyon manata düşüb, yəni 25% azalma baş verib. Səhmlərin həcmi 15.31 milyon manatdan 15.36 milyon manata yüksəlib, 0.3% artım olub. Depozitlər isə 15.5 milyon manatdan 26.5 milyon manata artaraq 71% artım göstərib.

Son xəbərlər
Digər xəbərlər