“Meqa Sığorta” ASC 2025-ci ili 3 milyon 218 min manat xalis mənfəətlə başa vurub ki, bu, 2024-cü ilin 2 milyon 724 min manatlıq nəticəsindən 18% yüksəkdir.
Banker.az xəbər verir ki, 2025-ci ildə “Meqa Sığorta”nın ümumi gəlirləri 35 milyon 957 min manat təşkil edərək illik müqayisədə 1% azalıb. Əsas əməliyyat gəlirləri 33 milyon 189 min manatla 10% azalsa da, investisiya gəlirləri 2 milyon 744 min manatla 7% artıb. Xərclər isə 31 milyon 940 min manat olub və 3% azalma qeydə alınıb. Əsas əməliyyat xərcləri 19 milyon 960 min manatla 6% azalıb, işlərin aparılması xərcləri isə 11 milyon 926 min manatla 1% artıb.
Biznes portfelində əsas dəyişikliklər əmlak və avtonəqliyyat sığortasında müşahidə olunur.
Tibbi sığortada zərərlilik dərəcəsi 103,18%-ə qalxıb (2024-cü ildə 95,17%), əmlak sığortasında isə 87,23% təşkil edib (2024-cü ildə 89,10%). Avtomobil sığortasında zərərlilik demək olar ki, sabit qalıb (97,16% vs 97,44%). Mülki məsuliyyət üzrə zərərlilik 101,54%-ə yüksəlib (2024-cü ildə 95,31%). İnvestisiya portfelində səhm 14 milyon 650 min manata çataraq 14% artıb, dövlət istiqrazları isə 14 milyon 385 min manatla 8% azalıb. Depozitlərdə kiçik azalma (9 milyon 647 min manat, 1%) qeydə alınıb, ümumi investisiyalar isə 44 milyon 932 min manatla 1% artıb.






