2025-ci ilin yekunlarına görə, dünyada qızıl hasil edən şirkətlər ümumilikdə 3,67 min ton qızıl çıxarıb ki, bu da rekord göstəricidir. Bu məlumatlar Dünya Qızıl Şurasının (WGC) illik hesabatında yer alıb.
Təkrar emalın həcmi isə 3% artaraq 1404 ton olub. WGC bunu qızılın qiymətinin 67% artmasına nisbətən “nisbətən təmkinli reaksiya” kimi qiymətləndirib. Ötən ilin dördüncü rübündə də rekord tələbat qeydə alınıb — bu göstərici 1303 ton təşkil edib və dördüncü rüb üçün ən yüksək səviyyə olub.
Qızıl qiymətləri artıq ikinci gündür ardıcıl rekord yeniləyir. Qiymətli metalların birja dəyəri 2025-ci ilin dekabrından etibarən ABŞ prezidenti Donald Trampın siyasətinin səbəb olduğu geosiyasi gərginlik fonunda artmaqdadır. Qiymət artımı qızıl hasil edən şirkətlərin səhmlərinə marağı da gücləndirir.







