6 C
Baku
Thursday, January 29, 2026

Ölkədə 2 yeni lombard şirkəti yarandı

Ölkədə kiçik nizamnamə kapitalı ilə yeni lombard şirkətləri fəaliyyətə başlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “BS Lombard” və “İmperium Lombard” MMC-dir.

BS LOMBARD MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev evində yerləşir. Nizamnamə kapitalı cəmi 20 manat olan şirkət 21 Noyabr 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi isə Bağır Səfərovdur.

Digər tərəfdən, İmperium Lombard MMC Bərdə rayonunun Xanərəb kəndində fəaliyyət göstərəcək. Nizamnamə kapitalı 10 manat olan bu şirkət 4 Noyabr 2025-ci ildə qeydiyyatdan keçib və qanuni təmsilçisi Mirzəliyev Mirzəli Ədalət oğludur.

Son xəbərlər
Digər xəbərlər