Rəna Ənvər Paşa qızı Məlikova 2026-cı ilin yanvar ayından Azərbaycan Mərkəzi Bankın müşaviri vəzifəsinə təyin edilib.
Banker.az bunu AMB-yə istinadən xəbər verir.
Bununla da müşavirlər ümumilikdə yeddi şəxsdən ibarətdir.
Rəna Məlikova haqqında:
- 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
- 1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə yenidənhazırlanma kursunu bitirmişdir.
- Əmək fəaliyyətinə 1981-ci ildə başlamış və 1993-cü ilədək hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışmışdır.
- 1993-cü ildən Mərkəzi Bankda aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləmişdir.
- 2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
- 2024–2025-ci illərdə Mərkəzi Bankın baş direktoru vəzifəsində işləmişdir.
- 2026-cı ilin yanvar ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir.
- İki övladı var.





