Nazir müavini Azərbaycan-Rusiya biznes formunda iştirak edib.
Azərbaycan iqtisadiyyatına qoyulan Rusiya sərmayələrinin ümumi həcmi 3 milyard dollar təşkil edir.
Banker.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiya kapitalı ilə işləyən 600-dən çox müəssisə qeydiyyata alınıb.








