“Apple” 2026-cı ildə bazara yeni məhsullar və innovativ həllər çıxarmağa hazırlaşır.
Bu barədə “MacRumors”a açıqlamasında şirkətin baş direktoru Tim Kuk danışıb.
Onun sözlərinə görə, ötən rüb “Apple” üçün kifayət qədər uğurlu keçib və əldə olunan nəticələr şirkətin gələcək planlarını daha da genişləndirməsinə imkan yaradıb.
Tim Kuk bildirib ki, gələn ildən etibarən texnologiya sektorunda indiyədək analoqu olmayan, istifadəçi təcrübəsinə ciddi təsir göstərə biləcək yeniliklər təqdim olunacaq. Bununla belə, yeni cihaz və ya xidmətlərin detalları hələlik açıqlanmır.





