2025-ci il üzrə bank sektorunda müddətli əmanətçilərin sayı və əhalinin depozitlərinin həcmi üzrə göstəricilər illik müqayisədə nəzərəçarpacaq artımı əks etdirir.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ilin əvvəlində, yanvar ayında bank sektorunda unikal FİN üzrə müddətli əmanətçilərin sayı 154 181 nəfər olduğu halda, ilin sonunda bu göstərici 194 134 nəfərə çatıb. Beləliklə, il ərzində müddətli əmanətçilərin sayı 39 953 nəfər artaraq təxminən 25.9 faiz yüksəlib.
2025-ci ilin yanvarında əhalinin banklardakı depozitləri 14.39 mlrd. manat təşkil etdiyi halda, dekabr ayında bu göstərici 16.32 mlrd. manata yüksəlib. İllik müqayisədə depozit portfeli 1.93 mlrd. manat və ya təxminən 13.4 faiz artıb. Bunun 5.14 mlrd. manatı isə xarici valyutada olan depozitlər olub.






