“Bloomberg Billionaires Index” reytinqinin məlumatlarına görə, Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən 19,392 milyard ABŞ dolları artaraq 318,48 milyard dollara çatıb. Bazar ertəsi, fevralın 2-nə olan vəziyyətə əsasən, milyarderlər siyahısına 20 rusiyalı daxildir.
Fevralın əvvəlinə olan məlumata görə, ən varlı rusiyalıların ilk üçlüyü belədir:
– Vladimir Potanin, “Norilsk Nickel” şirkətinin əsas sahiblərindən biri. Onun sərvəti ilin əvvəlindən 3,46 milyard dollar artaraq 29,9 milyard dollar olub;
– Aleksey Mordaşov, “Severstal”ın əsas benefisiarı. Sərvəti 1,28 milyard dollara artaraq 27,5 milyard dollara yüksəlib;
– Leonid Mixelson, NOVATEK-in həmsahibi. Onun sərvəti 1,93 milyard dollar artaraq 25,6 milyard dollar təşkil edib.
Dördüncü pillədə NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin qərarlaşıb. Onun sərvəti 677 milyon dollar artaraq 24,4 milyard dollara çatıb. Beşliyi LUKOIL-un həmsahibi Vagit Alekperov tamamlayır — onun sərvəti 1,55 milyard dollar artaraq 24,1 milyard dollar olub.
Altıncı yerdə “EuroChem” və SUEK şirkətlərinin keçmiş benefisiarı Andrey Melniçenko qərarlaşıb. O, ilin əvvəlindən sərvətini 2,83 milyard dollar artıraraq 21,8 milyard dollara çatdırıb.
Yeddinci pilləni metallurgiya, dağ-mədən, telekommunikasiya və texnologiya sahələrində aktivləri idarə edən USM holdinqinin qurucusu Alişer Usmanov tutub. Onun sərvəti 1,03 milyard dollar artaraq 20,3 milyard dollar olub.
ONEXIM qrupunun sahibi Mixail Proxorov səkkizinci yerdə qalıb — sərvəti 30,8 milyon dollar artaraq 16,6 milyard dollara yüksəlib.
Doqquzuncu yerdə NOVATEK və SIBUR-un həmsahibi Gennadi Timçenko qərarlaşıb. Onun sərvəti 1,42 milyard dollar artaraq 15,7 milyard dollar təşkil edib.
İlk onluğu “Telegram” messencerinin qurucusu Pavel Durov tamamlayır. Onun sərvəti 786 milyon dollar azalaraq 13,6 milyard dollara düşüb.
“Wildberries” marketpleysinin qurucusu Tatyana Kim siyahıda 19-cu yerdə qərarlaşıb. Onun sərvəti 893 milyon dollar artaraq 8,78 milyard dollar olub.
2025-ci ilin əvvəlindən ən çox varlanan rusiyalı Usmanov olub — onun sərvəti 5,32 milyard dollar artaraq 18,5 milyard dollara çatıb.







