“İnnovasiyalar Mərkəzi” MMC çağrı mərkəzi xidmətlərinin avtomatlaşdırılması məqsədilə yeni müsabiqə elan edib.
Banker.az xəbər verir ki, müsabiqə çərçivəsində Süni İntellekt əsaslı Səsli Agentin yaradılması, həmçinin zənglərin süni intellekt vasitəsilə təhlili platformasının qurulması və tətbiqi nəzərdə tutulur.
Satınalan təşkilatın hüquqi ünvanı Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 36 olaraq göstərilib.
Layihənin ehtimal olunan qiyməti 1 200 001 manat təşkil edir.






