ABŞ xəzinədarlığı bu həftə ölkənin istiqrazlarına sahib olan strukturlar haqqında hesabat nəşr etdi. Mərkəzi bankların bu qiymətli kağızlara etdiyi yatırımlar bir ay ərzində 25,2 milyard dollar enərək 4,046 trilyon dollar göstəricisinə çatmışdır ki, bu göstərici son 3 il üçün qeydə alınmış ən minimal göstəricidir.
Həmçinin qeyd etmək lazımdır ki, maliyyə institutları cəmi 1 hesabat dövrü ərzində 75 milyard dollar dəyərində rekord həcmdə qiymətli kağız satmışlar. Bu məlumatları Treasury International Capital təqdim etmişdir.
Aşağıda Amerika qiymətli kağızlarına sahib 17 nəhəng ölkəni təqdim edirik:
17.Rusiya
Yatırım həcmi: $82,5 milyard
Rusiya ABŞ istiqrazlarına etdiyi yatırımı aprel ayında 86 milyard dollardan 82,5 milyard dollara endirdi.
16. Cənubi Koreya
Yatırım həcmi: $83 milyard
Koreya da həmçinin amerikan qiymətli kağızlarına etdiyi yatırımı aprel ayında 84,1 milyard dollardan 83 milyard dollara qədər məhdudlaşdırdı.
15. Almaniya
Yatırım həcmi: $96,8 milyard
Digərlərindən fərqli olaraq Almaniyanın etdiyi yatırım aprel ayı ilə müqayisədə artmışdır. Belə ki, mart ayında yatırım həcmi 90,1 milyard dollar təşkil etdiyi halda, bu göstərici aprel ayında 96,8 milyard dollara çatdı.
14. Sinqapur
Yatırım həcmi: $109, 3 milyard
Qeyd edək ki, ilin əvvəlində Sinqapurun Amerika qiymətli kağızlarına etdiyi yatırım 113,9 milyard dollar təşkil edirdi. Sinqapur da digər ölkələr kimi sahib olduğu qiymətli kağızların bir qismini satdı.
13. Səudiyyə Ərəbistanı
Yatırım həcmi: $113 milyard
Amerika dövlət borcunun əsas satıcılarından biri də Səudiyyə Ərəbistanıdır. Belə ki, ölkə 3,8 milyard dollar dəyərində qiymətli kağız satmışdır.
12. Hindistan
Yatırım həcmi: $121,6 milyard
Hindistanın etdiyi yatırımlar aprel ayından 118,9 milyard dollardan 121,6 milyard dollara qədər artmışdır.
11. Belçika
Yatırım həcmi: $153,6 milyard
Belçikanın amerikan kağızlarına etdiyi yatırım ay ərzində demək olar ki, dəyişməz qalmışdır.
10. Tayvan
Yatırım həcmi: $185,2 milyard
Ay ərzində Tayvanın da ABŞ qiymətli kağızlarına etdiyi yatırım həcmində əhəmiyyətli dəyişiklik baş verməmişdir.
9. Hongkong
Yatırım həcmi: $195,2 milyard
Hongkong da amerikan kağızlarının nəhəng satıcısı kimi çıxış edir. Belə ki, yatırım həcmi 200,3 milyard dollardan hazırki göstəriciyə qədər enmişdir.
8. Böyük Britaniya
Yatırım həcmi: $217,1 milyard
Mart ayından aprel ayına qədər Britaniyanın etdiyi yatırımlar 227,6 milyard dollardan 217,1 milyard dollara enmişdir.
7.Lüksemburq
Yatırım həcmi: $221,4 milyard
Lüksemburqun etdiyi yatırım həcmində ay ərzində demək olar ki, dəyişiklik qeydə alınmamışdır.
6. İsveçrə
Yatırım həcmi: $229,6 milyard
5. Braziliya
Yatırım həcmi: $249,1 milyard
4. İrlandiya
Yatırım həcmi: $257,9 milyard
3. Kayman adaları
Yatırım həcmi: $258,5 milyard
2. Yaponiya
Yatırım həcmi: $1142,8 milyard
1. Çin
Yatırım həcmi: $1,242 milyard
Çin hazırda ən nəhəng Amerika dövlət borcuna sahibkarıdır. Lakin bununla belə, ölkə 1,8 milyard dollar dəyərində olan qiymətli kağızları satmaqla Çinin ümumi yatırımını 1,242 milyard dollara endirmişdir.