Sea Breeze kurort şəhərciyində Azərbaycanın ən hündür binası hesab olunan Cipriani Tower inşa olunacaq.
Banker.az xəbər verir ki, yeni qüllə Xəzər dənizi sahilindəki Halfmoon adasında yerləşəcək.
Bu bina 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası olacaq. Binanın layihəsi dünyaca məşhur memar Shaun Killa tərəfindən hazırlanıb.
Layihə Cipriani brendi altında 116 otaq üçün nəzərdə tutulmuş beşulduzlu Cipriani Resort Sea Breeze hoteli, həmçinin for-sale formatında 127-yə yaxın ultra-lüks rezidensiyanı özündə birləşdirən Cipriani Residences Sea Breeze yaşayış kompleksini ehtiva edir. Kompleksin infrastrukturuna banket və konfrans otaqları, təxminən 1647 kv.m sahəsi olan spa mərkəzi, Cipriani brendinə aid restoran və barlar daxildir.
Cipriani Resort Sea Breeze və Cipriani Residences Sea Breeze-in gözlənilən açılış tarixi 1 oktyabr 2031-ci ildir.











