3 C
Baku
Wednesday, February 4, 2026

Azərbaycanın ən böyük xarici dövlət borcu hansı təşkilatlarıdır?

2026-cı il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci il üzrə faktiki ÜDM-in 6,3 faizinə bərabər olub. Manat ifadəsində xarici dövlət borcu 129 milyard 94 milyon manat (75 milyard 937,6 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirilib.

Banker.az bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir.

2025-ci il ərzində kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə möhkəmlənməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 49,8 milyon ABŞ dolları məbləğində artması müqabilində 472,8 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalmışdır.

Xarici dövlət borcunun strukturunda dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər 49,5 faiz, sabit faiz dərəcəsi ilə olan öhdəliklər isə 50,5 faiz təşkil edib.

Kreditorlar üzrə bölgüyə əsasən, 2026-cı il yanvarın 1-nə xarici dövlət borcu portfelinin 35,4 faizi Asiya İnkişaf Bankının, 28,8 faizi avrobondların, 13,7 faizi Dünya Bankının, 22,1 faizi isə digər kreditorların payına düşüb.

23432423423

Son xəbərlər
Digər xəbərlər