19 C
Baku
Friday, May 3, 2024

EBRD “Holcim (Azerbaijan)”da payını artırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iri sement və klinker istehsalçısı olan “Holcim (Azerbaijan)” ASC-dəki payını artırmaq imkanlarını nəzərdən keçirir. Bu barədə Bankın açıqlamasında bildirilir.

EBRD-nin əlavə investisiya qoyuluşunda məqsədi alternativ enerji növlərindən istifadə etməklə müəssisənin enerji effektivliyinin artırılmasıdır.

Hazırda Bankın “Holcim (Azerbaijan)”dakı payı 10%-dir. Bu rəqəmin 20%-ə çatdırılması nəzərdə tutulub.

Şirkətin səhmdarları arasında həmçinin İsveçrənin “Holcim” şirkəti (76%) də var. Səhmlərinin 14%-i isə fiziki şəxslərə məxsusdur.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər