0 C
Baku
Wednesday, February 4, 2026

Bakı küçələrində avtobus dayanacaqları 683 min manata təmir olunacaq

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası üzrə müsabiqə elan edib.

Banker.az xəbər verir ki, layihəyə həmçinin yararsız vəziyyətə düşmüş dayanacaqların sökülərək ərazidən kənarlaşdırılması daxildir.

Ehtimal olunan müqavilə məbləği 682 754 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər