“ElevenLabs” D raundunda investisiya cəlb etdiyini açıqlayıb. Raunda “Sequoia Capital” rəhbərlik edib. Digər investorlar arasında “Lightspeed Venture Partners”, “Andreessen Horowitz”, “Iconiq” və başqaları var.
Şirkət investisiyaları gələcək tədqiqatlara, məhsul inkişafına və beynəlxalq genişlənməyə yönəltməyi planlaşdırır.
Startap qiymətləndirməsini üç dəfədən çox artırıb: 2025-ci ilin yanvarında $3,3 milyard dəyər ilə $180 milyon, 2024-cü ilin yanvarında isə $1,1 milyard dəyər ilə $80 milyon cəlb etmişdi. 2022-ci ildə qurulduğu vaxtdan bəri şirkət ümumilikdə $781 milyon investisiya toplayıb.
“ElevenLabs” şirkətini “Google”un keçmiş ML mühəndisi Pyotr Dabkovski və “Palantir” şirkətinin keçmiş əməkdaşı Mati Stanişevski yaradıb. Startap fəaliyyətə mətni nitqə çevirən model üzərində işləməklə başlayıb və videoların müxtəlif dillərə “neyrodublyajı” funksiyası ilə məşhurlaşıb.
2025-ci ildə şirkət, həmçinin, nitqi mətnə çevirən ilk modelini, videolar üçün musiqi generasiya xidməti, səs və danışığın emalı üçün süni intellekt alətləri olan “Studio 3.0” video redaktorunu və üçüncü tərəf tətbiqlərə qoşula bilən “11ai” adlı səsli köməkçini təqdim edib.






