“Yığım” brendi ilə bazarda fəaliyyətdə olan ödəniş təşkilatı Drakaris MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
Banker.az xəbər verir ki, Mərkəzi Bankı tərəfindən 21.04.2025 – 19.05.2025-ci il tarixlərində “Drakaris” MMC-də həyata keçirilən yerində yoxlamalar çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına ve terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq “Drakaris” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrinə əsasən hüquqi şəxs olaraq 30 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, “Drakaris” MMC və ya “Yığım” 2017-ci ildə təsis edilib, 2024-cü ilin iyulunda Mərkəzi Bankdan ödəniş əməliyyatının ekvayrinqiüzrə lisenziya əldə edib. Hazırda 807 216 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Cəfərov Vüqar Mayis oğludur.





