2 C
Baku
Thursday, February 5, 2026

Ödəniş təşkilatına 250 min manat əlavə maya qoyulub

Ödəniş təşkilatı “Multi Solutions” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 970 min manatdan 1 milyon 220 min manata qaldırılıb. Bununla da kapital 250 min manat və ya təxminən 26% artırılıb.

“Multi Solutions” MMC ödəniş xidmətləri sahəsində fəaliyyət göstərir. Şirkət Mərkəzi Bank tərəfindən verilmiş ÖT-004 nömrəli lisenziya əsasında ödəniş əməliyyatlarının ekvayrinqi, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidmətləri göstərir. Lisenziya 28 avqust 2024-cü il tarixində təqdim edilib.

Xatırladaq ki, şirkət lisenziya əldə etməzdən əvvəl, 2024-cü ilin iyun ayında, Azərbaycan Mərkəzi Bankının ödəniş təşkilatları üçün müəyyən etdiyi minimal kapital tələblərini qarşılamaq məqsədilə nizamnamə kapitalını 10 manatdan 500 min manata qədər artırmışdı. “Multi Solutions” MMC-nin direktoru Abbasov Emil Hafis oğludur.

Son xəbərlər
Digər xəbərlər