Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışı 2025-ci ildə təqribən 10% artıb.
Banker.az xəbər verir ki, alkoqollu içkilərin əhaliyə satış həcmi 2024-cü ildəki 588,62 milyon manatdan 2025-ci ildə 648,8 milyon manata yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə isə bu məhsullar keçən il cəmi 6.9% illik qiymət artımı üzləşiblər.
Araq satışları 182,6 mln. manata yüksələrək təxminən 12% artıb, bu zaman araq və brendi (konyak) üzrə illik inflyasiya 7,8% təşkil edib. Spirtsiz içkilərin satış həcmi 146,7 mln. manatdan 151,3 mln. manata qədər artaraq 3% yüksəlib.
Mineral suların satışları 100,9 mln. manatdan 125,1 mln. manata qədər artaraq 24% yüksəliş nümayiş etdirib. Pivə satışları isə 63,7 mln. manatdan 65,6 mln. manata yüksələrərək 3% artım göstərib, pivə üzrə illik inflyasiya 4,2% olub.
Şərab satışları 16,6 mln. manatdan 12,7 mln. manata düşərək 23% azalma müşahidə olunub. Şərabın qiymətləri illik 5,6% artıb. Konyak satışları 10,3 mln. manatdan 10,6 mln. manata yüksələrək 2% artıb, şampan şərabı satışları isə 3,1 mln. manatdan 3,4 mln. manata qalxaraq 10% artım göstərib.
Tütün məmulatlarının satışı da artım nümayiş etdirib. 2024-cü ildə 281,2 mln. manat olan satışlar 2025-ci ildə 320,7 mln. manata qədər yüksəlmiş, bu da 14% artım deməkdir. Tütün məmulatları üzrə qiymət artımı illik 2,6% olub.
| Azərbaycanda son iki ildə alkoqollu içkilərin pərakəndə satışı, mln. manatla | ||
| Məhsulun adı | 2024-cü il | 2025-ci il |
| Araq | 163.08 | 182.64 |
| Spirtsiz içkilər | 146.73 | 151.30 |
| Mineral suların | 100.91 | 125.12 |
| Digər spirtli içkilər | 84.14 | 97.45 |
| Pivə | 63.72 | 65.60 |
| Şərab | 16.59 | 12.72 |
| Konyak | 10.34 | 10.56 |
| Şampan şərabı | 3.11 | 3.41 |
| Cəmi (alkaqollu içki) | 588.62 | 648.80 |
| Tütün məmulatları | 281.15 | 320.65 |





