“NEO Bank Olmayan Kredit Təşkilatı” ASC-nin direktoru dəyişdirlib.
Banker.az xəbər verir ki, Məmmədov Anar Seyid oğlu BOKT-nin direktoru təyin edilib.
Məmmədov A. buna qədər “Home Finance” BOKT MMC-də çalışıb.
2020-ci ilin martından indiyə qədər bu vəzifədə Əhmədov Ceyhun Yusif oğlu çalışıb.
Xatırladaq ki, 2007-ci ildə ”Finans İnvest” BOKT MMC kimi yaradılan bu təşkilat 2026-cı ilin yanvarından adını və təşkilatı formasını “NEO Bank Olmayan Kredit Təşkilatı” ASC-yə dəyişib. BOKT-nin hazırda 371 000 manat nizamnamə kapitalı var. Bu Mərkəzi Bankın qoyduğu 1 mln. manat normativdən aşağıdır.







