Gəncə və Göygöldə yerləşən iki psixonevroloji sosial xidmət müəssisəsinin nizamnamə kapitalı azaldılır.
Banker.az xəbər verir ki, 3 saylı və 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisələri publik hüquqi şəxslər nizamnamə kapitallarının azaldılaraq 1000 manat müəyyən olunmasını elan ediblər.
4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi Gəncə şəhəri, Aydınbəyov küçəsi, ev 76 ünvanında qeydiyyatdadır. Qanuni təmsilçisi Əlizamin İskəndərov İskəndər oğludur. Dövlət qeydiyyatına alınma tarixi 13 fevral 1993-cü ildir.
3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi isə Göygöl rayonu, Qırıxlı kəndində yerləşir. Qanuni təmsilçisi Azər Süleymanov Səlim oğludur. Dövlət qeydiyyatına alınma tarixi 11 yanvar 1999-cu ildir.
Hər iki publik hüquqi şəxs üzrə əvvəlki nizamnamə kapitalı 2.431.279,54 manat olub. Elana əsasən, nizamnamə kapitalı azaldılaraq 1000 manat müəyyən edilir.







