6 C
Baku
Friday, February 6, 2026

Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi

Azərbaycanda yerli daşıyıcılar üçün sürücü hazırlığı üzrə təhsil haqqı 266 manatdan 50 manata endirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, bu barədə agentlikdə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən növbəti görüşdə bildirilib.

AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə həyata keçirilən “5000 yeni sürücü” layihəsi də müzakirə edilib. C və CE kateqoriyalı sürücülərin cəlb edilməsində daşıyıcıların rolu və sürücü sayının artırılmasının sahənin inkişafına göstərəcəyi müsbət təsirlər barədə məlumat verilib. Sürücü hazırlığı üzrə təhsil haqqının 266 manatdan 50 manata endirilməsi iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər