“FinKapital Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 10 faiz artırılıb.
Banker.az xəbər verir ki, BOKT-nin kapitalı ilin ilk ayında 790 000 manatdan 870 000 manata qaldırılıb.
Bununla belə bu, Azərbaycan Mərkəzi Bankının BOKT-lər üçün müəyyən etdiyi minimal göstərici 1 mln. manatdan aşağıdır.
“FinKapital BOKT” MMC 2024-cü ili 146 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə BOKT-un mənfəəti 137 min manat olub ki, bu da illik müqayisədə mənfəəti 7% artıb.
Qeyd edək ki, “FinKapital” BOKT 2021-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb.







