Kreditlərin faizlərindən danışan zaman 2 faiz dərəcəsiniz fərqləndirmək lazımdır.
a) Nominal faiz dərəcəsi
b) Effektiv faiz dərəcəsi
Nominal faiz dərəcəsi adətən bankların kredit üçün elan etdiyi faiz dərəcəsidir. Misal üçün illik 30% və s.
Effektiv faiz dərəcəsi isə müəyyən zaman üçün konkret hesablanmış faizlərin həcmindir. Misal üçün bir misala baxaq. Müştəriyə bank 30%-lə 12 aylıq olmaqla 1000 AZN kredit verir. Ödəmə cədvəli aşağıdakı kimi olacaq.
Aylar | Əsas məbləğ | Faiz | Cəmi |
1 | 83 | 25 | 108 |
2 | 83 | 23 | 106 |
3 | 83 | 21 | 104 |
4 | 83 | 19 | 102 |
5 | 83 | 17 | 100 |
6 | 83 | 15 | 98 |
7 | 83 | 12 | 96 |
8 | 83 | 10 | 94 |
9 | 83 | 8 | 92 |
10 | 83 | 6 | 90 |
11 | 83 | 4 | 88 |
12 | 83 | 2 | 85 |
Cəmi ödəniləcək məbləğ | 1000 | 162 | 1163 |
Göründüyü kimi kredit 30% hesablanmışdır. Burada 30% nominal faizdir. Effektiv faiz isə = (162/1000)*100 = 16.2%
Bəs o zaman aylıq faiz necə hesablanır? Azərbaycanda 2 metod daha çox istifadə edilir
a) Azalan balans metodu
b) Annuitet metodu
Azalan balans metodunun hesablanması çox sadədir.
((Kreditin qalıq əsas məbləği*nominal illik faiz)/360 gün )* ödəmə günlərinin sayı (pulun son ödəniş tarixindən bu günə qədər olar müddət)
Yuxarıdaki misalda birinci ayı hesablayaq. ((1000 AZN*30%)/360)*30 gün = 25 AZN
Digər məbləğlər üçün ödəniş cədvəlin aşağıdakı linkdəki proqramdan generasiya edə bilərsiniz.
Annuitet metodu hazırda daha çox istifadə olunduğu üçün onun üzərində daha çox dayanacağıq.
Annuitet ödənişi və onun hesablanma üsulu
Annuitet ödənişi – fiziki şəxslərin kreditləşməsi zamanı istifadə olunan ən məşhur ödəniş növüdür. Bu kreditə görə borcların geri qaytarılmasını aylıq bərabər məbləğli ödəniş üsuludur, özündə həm hesablanmış faizi, həm də əsas məbləğ hissəsini əhatə edir. Onun özəlliyi ondadır ki, müddətin əvvəlində faizlərin məbləği daha böyükdür (onlar qabaqcadan ödənilir), əsas məbləğin ödənilən hissəsi isə az olur.
Aö –annuitet ödənişi (bir aylıq)
Km –kredit məbləği
Fm –faiz məbləği, aylıq paylar üzrə, məsələn illik nominal faiz dərəcəsi 36% olarsa Fm = 36/12*100%
n-kreditin götürüldüyü ayların sayı
Nümunə:
Kreditin məbləği: 1000
Illik faiz dərəcəsi: 36% ilk aya görə faiz= 1000*0,03 =30
Komissiya: 50 ilk ayın əsas məbləği= 100,46-30=70,46
Kreditin müddəti (ay):12 ikinci ayın faizi =(1000-70,46)*0,03=27,89
Kreditin verilmə tarixi: 29.07.2012 ikinci ayın əsas məbləği=100,46-27,89=72,58
Kreditin növü: nağd kredit üçüncü ayın faizi=(929,54-72,58) *0,03=25,71
Valyuta: AZN üçüncü ayın əsas məbləği=100,46-25,71=74,75 və bu qayda ilə digər aylarda hesablanır
Ödəniş tarixi |
Ödəniş məbləği |
Əsas borc |
Faiz |
Qalıq məbləğ |
|
1 |
29.08.2011 | 100,46 | 70,46 | 30,00 | 929,54 |
2 |
29.09.2011 | 100,46 | 72,58 | 27,89 | 856,96 |
3 |
29.10.2011 | 100,46 | 74,75 | 25,71 | 782,21 |
4 |
29.11.2011 | 100,46 | 77,00 | 23,47 | 705,25 |
5 |
29.12.2011 | 100,46 | 79,31 | 21,16 | 625,91 |
6 |
28.01.2012 | 100,46 | 81,68 | 18,78 | 544,22 |
7 |
28.02.2012 | 100,46 | 84,14 | 16,33 | 460,09 |
8 |
28.03.2012 | 100,46 | 86,66 | 13,80 | 373,43 |
9 |
28.04.2012 | 100,46 | 89,26 | 11,20 | 284,17 |
10 |
28.05.2012 | 100,46 | 91,94 | 8,53 | 192,23 |
11 |
28.06.2012 | 100,46 | 94,70 | 5,77 | 97,54 |
12 |
28.07.2012 | 100,46 | 97,54 | 2,93 | 0,000 |
Ümumi ödəniş
1206 |
1000,00 |
206, 00 |
Effektiv faiz = (206/1000)*100=20,6 %
Əgər borcalan krediti vaxtından əvvəl ödəmək qərarına gəlsə, belə müəyyən olacaq ki, onun həmin ana qədər ödədiyi məbləğ daha çox faizin silinməsinə sərf olunub, əsas məbləğin isə çox cüzi bir hissəsi ödənilib, yəni borc faktiki olaraq azalmayacaq. Vaxtından əvvəl ödəniş olduqda borcalan tərəfindən qabaqcadan ödənilmiş faizlər bankın asan qazancına çevrilir.
Bəs bu ödənilmiş faizləri geri qaytarmaq olarmı? Azərbaycan praktikasında belə hallar müşahidə olunmur.
Banklarımız bunu onunla izah edir ki, kreditin vaxtından qabaq bağlanması bankda likvidlik artıqlığı problemi yaradır. Yəni bank müəyyən bir məbləği 18 aya vermişsə, həmin məbləğin hissə-hissə 18 ay ərzində qayıtması və müvafiq olaraq banka həmin aylara görə gəlir gətirməsi nəzərdə tutulmuşdur. Məbləğin banka vaxtından əvvəl qayıtması isə bankın həmin məbləği yerləşdirməsi ilə bağlı əlavə xərclər yaradacaq, həm də bank hesablanmış mənfəətdən məhrum olacaqdır. Mövcud vəziyyəti kompensasiya etmək üçün isə banklarımız kreditin gecikdirilməsində olduğu kimi vaxtından əvvəl bağlanması zamanı da cərimə tətbiqinin tərəfdarıdır. Bəzən bu halda əlavə iki ayın faizi də müştəridən alınır, əgər xatırlatsaq anuitetin ilkin aylarında ödəniş tərkibində faiz hissəsi daha çoxdur, onda ödənilən məbləğ gərək ki, bankı razı salsın.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, annuitet daha çox banka sərf edən ödəniş növüdür, yəni hətta cərimə tətbiq olunmasa belə vaxtından əvvəl ödəniş olduqda, bankın faiz itkiləri elə də çox olmur.
Əslində faiz kredit məbləğindən istifadəyə görə verilən haqdır, yəni müştəri kredit verildiyi andan onu bağladığı ana qədər olan müddətə görə faiz ödəməlidir, əgər müştəri danışılmış müddət ərzindən tez həmin krediti bağlayırsa, onun krediti istifadə etmədiyi müddətə görə haqq ödəməsi düzgün deyil.
Kreditin (əsas borc və faiz məbləğləri) ödəniş müddəti bank tərəfindən kreditin məqsədindən, növündən, ödəmə mənbəyindən, borcalanın fəaliyyətinin mövsümi/dövri xarakterindən, habelə real pul axınlarının proqnozundan asılı olaraq müəyyən edilir.
Bankdaxili qaydalara əsasən kreditlərin ödənilməsi müddətlərinin uzadılmasına, qanunvericiliyə uyğun olaraq vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə dair ümumi şərtlər müəyyən edilməli və kredit müqaviləsində öz əksini tapmalıdır.
Kredit üzrə ödənişlər annuitet formasında nəzərdə tutulduqda anuitet ödənişlərin vaxtından əvvəl aparılması şərtləri və bu zaman annuitetlərin yenidən hesablanması və ödənilməsi (annuitet ödənişlərin məbləğinin azaldılması və/və ya ödəniş müddətinin qısaldılması) qaydaları müəyyən edilməlidir.
Bankdaxili qaydalarda ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrini müəyyənləşdirmək üçün istifadə edilən iqtisadi və bazar şərtləri, habelə müxtəlif amillər nəzərdə tutulmalıdır. Banklar kreditlərə tətbiq ediləcək faiz dərəcələrini müəyyənləşdirərkən resursların dəyərini, kreditlərə xidmət xərclərini, ümumi inzibati xərcləri, mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatı və yetərli miqdarda mənfəəti, portfel üzrə itkiləri, eləcə də əlavə komisyon haqlarının tutulub-tutulmamasını nəzərə almalıdırlar.