Samir Əliyev düşünür ki, qüvvədə olan qanunvericilik ümumidir.
Azərbaycanda istehlak kreditləri haqqında qanunun qəbul edilməsi təklif edilir.
Belə bir təklifi iqtisadçı-ekspert Samir Əliyev səsləndirib.
“Bu gün ölkədə maliyyə müştərisi və ya maliyyə xidmətlərinin istehlakçısının hüquqları tam qorunmur. Bu qanunlar daha çox bank və kredit təşkilatlarının mənafeyini müdafiə edir”, – deyə S.Əliyev qeyd edib.
İqtisaçı əlavə edib ki, bu gün qüvvədə olan qanunvericilik daha çox ümumi xarakter daşıyır:
“Azərbaycanda istehlakçı hüquqlarını qoruyan qanun, eləcə də Mülki Məcəllə var, amma onlar daha çox ümumidir.
Sırf ixtisaslaşmış istehlak kreditləri haqqında qanun olmalıdır ki, bankların öhdəlikləri, vətəndaşların hüquqları çox açıq şəkildə göstərilsin”.
Xatırladaq ki, qonşu Rusiyada istehlak kreditləri haqqında qanun mövcuddur.
Oxu.az








