ABŞ Ermənistana yüksək performanslı “Nvidia” çiplərinin satışı üçün bir sıra ixrac lisenziyaları verib.
Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanın Baş naziri ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində olmayan bu çiplər Ermənistanda yeni məlumat emalı mərkəzlərinin tikintisi üçün istifadə olunacaq. O qeyd edib ki, layihənin icrasına faktiki olaraq başlanılıb.
“Bu nə deməkdir? Bu, amerikalı işçilər və şirkətlər üçün yeni bazarlar, həmçinin Ermənistan xalqı üçün daha böyük rifah deməkdir”, – Vens əlavə edib.






