7 C
Baku
Wednesday, March 11, 2026

Türkiyənin iri holdinqi Azərbaycanda potensial investisiya imkanları araşdırır

Türkiyənin “Eczacıbaşı Holding” şirkətlər qrupunun İdarə Heyətinin sədri ilə görüşdə şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunur.

Banker.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Eczacıbaşı Holding” şirkətlər qrupunun İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşündə biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələr üzrə Azərbaycanda potensial fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, “Eczacıbaşı Holding” Türkiyənin səhiyyə, tikinti materialları, istehlak malları, təbii resurslar, maliyyə və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. 1942-ci ildə təsis edilmiş qrupa 50-dən çox şirkət daxildir. Şirkət 120-dən çox ölkədə fəaliyyət göstərir

Son xəbərlər
Digər xəbərlər