2 C
Baku
Tuesday, February 10, 2026

“İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim edilib

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub.

“İvanovka Aqropark”ı, əsasən əkinçilik və bağçılıq üzrə ixtisaslaşacaq təsərrüfat kompleksinin ümumi ərazisi 7600 hektar, layihə dəyəri 25.1 milyon manat təşkil edir. Aqroparkda 4 tarla sxemi ilə il ərzində 500 ha ərzaqlıq buğda, 250 ha dən üçün qarğıdalı, 250 ha günəbaxan, 250 ha isə təkrar əkin olaraq silosluq qarğıdalının becərilməsi planlaşdırılır. Eyni zamanda, 1750 ha dəmyə sahədə arpa, 1500 ha sahədə buğda və 100 ha sahədə yonca bitkisinin becərilməsi, 100 ha sahədə damlama suvarma sistemi altında süfrə və texniki üzüm sortlarının becərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər