2021-2025-ci illər ərzində Azərbaycanda xarici ölkə vətəndaşları tərəfindən əldə edilmiş daşınmaz əmlakların sayı açıqlanıb. Həmçinin xarici ölkə vətəndaşlarının daşınmaz əmlakları Azərbaycanın daha çox hansı rayon və şəhərlərindən əldə etdikləri də məlum olub.
Bu barədə Xezerxeber.az-ın sorğusuna cavaba olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Rəsmi statistikada, 2021-2025-ci illər ərzində Azərbaycanda hansı ölkələrin vətəndaşlarının əmlak əldə etdikləri barədə məlumat da yer alıb.
Məlum olub ki, ölkəmizdə daha çox mülk alanlar Rusiya vətəndaşlarıdır. Onlar Azərbaycanda 4638 daşınmaz əmlak əldə ediblər. Sonrakı yerlərdə Gürcüstan (716), Türkiyə (312), Ukrayna (198), İran (187), Qazaxıstan (160), Almaniya (105), ABŞ (72), Albaniya (63), İsrail (58) və digər ölkələrin vətəndaşları qərarlaşıb.
Ümimiyyətlə, son beş ildə 57 ölkənin 6182 vətəndaşı 6913 daşınmaz əmlak alıb.
Xezerxeber.az 2021-2025-ci illər ərzində Azərbaycanda daşınmaz əmlak almış xarici ölkə vətəndaşlarının ölkələr üzrə statistikasını təqdim edir.







