1 C
Baku
Tuesday, February 10, 2026

Donald Tramp 2027-ci ildə hərbi xərcləri 1,5 trilyon dollara çatdırmağı planlaşdırır

ABŞ prezidenti Donald Tramp 2027-ci ildə milli təhlükəsizlik üçün 1,5 trilyon dollar xərcləməyi planlaşdırır. Bu barədə Pentaqon rəhbəri Pit Hegset Men ştatındakı gəmiqayırma zavoduna səfəri zamanı bildirib.

“Dünyaya mesajımız ondan ibarətdir ki, biz bu vəsaiti ağılla xərcləyəcəyik”, — deyə nazir əlavə edib. Açıqlama müdafiə qurumunun “X” sosial şəbəkəsindəki hesabında dərc olunub.

Dekabrın 19-da Donald Tramp ABŞ Konqresinin daha əvvəl təsdiqlədiyi 2026-cı maliyyə ili üçün milli müdafiə haqqında qanunu imzalayıb. Sənədə əsasən, ümumi hərbi büdcə 901 milyard dollar təşkil edib. Ağ Evin bəyanatında vurğulanır ki, bu büdcə Pentaqona “Güc vasitəsilə sülh” strategiyasını həyata keçirməyə, ölkənin müdafiəsini gücləndirməyə və hərbi-sənaye bazasını möhkəmləndirməyə imkan verəcək. ABŞ-nin 2025-ci maliyyə ili üzrə hərbi büdcəsi isə 884 milyard dollar olub.

Son xəbərlər
Digər xəbərlər