9 C
Baku
Friday, February 20, 2026

“United Payment”in rəhbərliyindən iki şəxs vəzifəsindən ayrılıb

Azərbaycanda fəaliyyət göstərən elektron pul təşkilatı “United Payment” MMC-nin Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvü vəzifələrindən ayrılıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, Müşahidə Şurasının sədri Emrah İbrahim Silav vəzifəsindən ayrılıb.

Bundan əlavə, elektron pul təşkilatının İdarə Heyətinin üzvü İlker Sözdinlerin adı da siyahıdan çıxarılıb.

Qeyd edək ki, “United Payment” MMC Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərir. Elektron pul təşkilatına lisenziya 16 may 2024-cü il tarixində təqdim edilib.

“United Payment” MMC-yə aşağıdakı fəaliyyət növləri üzrə lisenziya verilib: ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxil və (və ya) məxaric əməliyyatlarının aparılması; kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və ya digər ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatlarının ekvayrinqi; elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası.

Son xəbərlər
Digər xəbərlər