Prezident İlham Əliyev Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəklədiyini bildirib.
Banker.az xəbər verir ki, Prezident İlham bunu Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Həmçinin Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırladı, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd edib.







