Ermənistan yaxın günlərdə “Tramp marşrutu” haqda saziş layihəsi üzrə şərhlərimizi ABŞ-a təhvil verəcək.
Bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
O qeyd edib ki, hazırda layihənin texniki-iqtisadi tədqiqi aparılır.
Baş nazirin sözlərinə görə, saziş layihəsi iki ölkənin hökumətləri tərəfindən təsdiq edilmiş çərçivə sənədinə əsaslanacaq.







