4 C
Baku
Wednesday, February 11, 2026

Azərbaycanda internetin orta sürətinin ilin sonuna qədər 200 meqabit/saniyəyə çatdırılması planlaşdırılır

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılmışdır.

Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

“Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 meqabit/saniyə idisə, bu gün 90 meqabit/saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 meqabit/saniyəyə çatdırmağı planlaşdırırıq və bu gün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada genişzolaqlı internet təqdim edilməsin”, – o deyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər