6 C
Baku
Thursday, February 12, 2026

Avropadan Azərbaycana turist axını keçən il yüksəlib

2025-ci ildə Avropa İttifaqı ölkələrindən Azərbaycana təxminən 86 min nəfər turist gəlib. Avropalı turistlərin Azərbaycanda çəkdiyi xərclər təxminən 190 mln. manat təşkil edib. 2024-cü illə müqayisədə turist sayı təxminən 9 faiz artıb, xərclər isə təxminən 6 faiz artım göstərib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Aİ turistləri orta hesabla adambaşına düşən xərclər təxminən 2 209 manat səviyyəsində olub.

Almaniyadan gələn turistlərin sayı 2025-ci ildə 22 min nəfər olub, 2024-cü ildə bu göstərici 20 min nəfər idi. Xərcləri 43 mln. manat təşkil edib. Adambaşına düşən xərclər 1 980 manat səviyyəsindədir.

İtaliyadan gələn turistlərin sayı 14 min nəfər, xərcləri 28 mln. manat, adambaşına düşən xərclər 2 007 manat səviyyəsindədir.

Polşadan gələn turistlərin sayı 10 min nəfər, xərcləri 17 mln. manat, adambaşına düşən xərclər 1 712 manat olub.

Fransadan gələn turistlərin sayı 7 min nəfər, xərcləri 13 mln. manat, adambaşına düşən xərclər 1.856 manat olub.

Niderlanddan gələn turistlərin sayı 7 min nəfər, xərcləri 13 mln. manat, adambaşına düşən xərclər 1 819 manat olub.

İspaniyadan gələn turistlərin sayı 6 min nəfər, xərcləri 13 mln. manat, adambaşına düşən xərclər 2 048 manat səviyyəsindədir.

Avstriyadan gələn turistlərin sayı 3 min nəfər, xərcləri 5 mln. manat, adambaşına düşən xərclər 1 873 manat olub. 2024-cü illə müqayisədə turist sayı təxminən 13 faiz artıb.

Bolqarıstandan gələn turistlərin sayı 2 min nəfər, xərcləri 4 mln. manat, adambaşına düşən xərclər 1 714 manat olub.

Rumıniyadan gələn turistlərin sayı 3 min nəfər, xərcləri 6 mln. manat, adambaşına düşən xərclər 1 815 manat olub.

İsveçdən gələn turistlərin sayı 2 min nəfər, xərcləri 4 mln. manat, adambaşına düşən xərclər 1 857 manat olub.

İsveçrədən gələn turistlərin sayı 2 min nəfər, xərcləri 4 mln. manat, adambaşına düşən xərclər 1 811 manat olub.

 

Son xəbərlər
Digər xəbərlər