5 C
Baku
Thursday, February 12, 2026

İsveçrədə əhalinin artmaması üçün qanun qəbul olunacaq

İsveçrədə əhalinin sayını 10 milyon nəfərlə məhdudlaşdıran təkliflə bağlı səsvermə keçiriləcək.

İfrat sağçı SVP partiyasının təşəbbüsü ilə keçirilən səsvermədə əhalinin sayı 9,5 milyonu keçərsə, sığınacaq axtaranlar da daxil olmaqla, əcnəbilərin girişinin məhdudlaşdırılmasını tələb olunacaq. Bundan başqa, əhalinin 10 milyona çatacağı halda, İsveçrənin Avropa Birliyi ilə sərbəst hərəkət müqaviləsindən çıxmaq da daxil olmaqla əlavə tədbirlər tətbiq etməsi nəzərdə tutulur.

İsveçrənin əhalisi qonşularından daha sürətli artır və ölkə sakinlərinin təxminən 27%-i əcnəbilərdir.

SVP partiyası məhdudiyyətlərin səbəbi kimi artan kirayə haqlarını, həddindən artıq yüklənmiş infrastrukturu və əcnəbilər arasında cinayətkarlıq problemlərini göstərir.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər