“Qoldenpey” Açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasını dəyişir.
Banker.az xəbər verir ki, Məhdud məsuliyyətli cəmiyyətə çevrildiyini elan edir.
Xatırladaq ki, Azərbaycanın ilk fintex şirkəti olan “Qoldenpey” ASC 2007-ci ilin iyul ayında fəaliyyətə başlayıb. “Goldenpay” tərəfindən 2011-ci ilin aprel ayında “Hesab.az” onlayn ödəmə portalı istifadəyə verilib. Platforma kommunal, kredit, dövlət ödənişləri, sığorta xidmətləri və digər müxtəlif ödənişlər üçün geniş imkanlar təqdim edir.
17 iyul 2024-cü il tarixində AR Mərkəzi Bankı tərəfindən “Qoldenpey” ASC-yə Elektron Pul Təşkilatı lisenziyası verilib. 26 mart 2025-ci il tarixində “Qoldenpey” ASC “Azerconnect Group”un tərkibinə daxil olub.







