7 C
Baku
Friday, February 13, 2026

ABŞ ilə Tayvan çip və tariflərlə bağlı saziş imzalayıb

ABŞ və Tayvan nümayəndələri qarşılıqlı ticarət haqqında saziş imzalayıblar. Bu barədə ABŞ Ticarət Nümayəndəliyinin rəsmi saytında məlumat verilib. Mərasimdə Tayvan administrasiyası rəhbərinin müavini Çen Liçiyun və nazir Cennı Yanq, həmçinin ABŞ-nin səfiri Ceymison Qrir iştirak ediblər.

“Tayvanla qarşılıqlı ticarət sazişi ABŞ-ınin Tayvana ixracına mane olan tarif və qeyri-tarif baryerlərini aradan qaldıracaq, amerikalı fermerlər, balıqçılar, işçilər, kiçik biznes və istehsalçılar üçün imkanları genişləndirəcək. Bu saziş həmçinin Tayvanla uzunmüddətli iqtisadi və ticarət əlaqələrimizə əsaslanır və xüsusilə yüksək texnologiyalar sektorunda təchizat zəncirlərimizin dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq”, — deyə məlumatda cənab Qririn şərhi yer alıb.

Yanvarın ortalarında tərəflər razılaşıblar ki, Tayvan şirkətləri ABŞ-də yarımkeçiricilər, energetika və süni intellekt sahələrinə 250 milyard dollar investisiya yatıracaq. Bu məbləğə TSMC şirkətinin artıq 2025-ci il üçün ayırdığı 100 milyard dollar da daxildir. Tayvanın mikrosxem istehsalçıları yarımkeçiricilər və müvafiq istehsal avadanlıqları üzrə aşağı idxal rüsumları əldə edəcəklər, bəzi komponentlər isə rüsumsuz idxal olunacaq. ABŞ-yə ixrac olunan digər Tayvan mallarının əksəriyyətinə tətbiq edilən ümumi tariflər 20%-dən 15%-ə endiriləcək. Patentlə qorunmayan dərman preparatları, aviasiya komponentləri və “çatışmayan təbii resurslar” üçün rüsumlar isə sıfırlanacaq.

Son xəbərlər
Digər xəbərlər