9 C
Baku
Friday, February 13, 2026

“Trading Economics”: İnflyasiyanın azalması fonunda AMB uçot dərəcəsini 6%-ə endirəcək

Banker.az xəbər verir ki, bu barədə beynəlxalq iqtisadi statistika portalı “Trading Economics”dən (TE) bildirilib.

Portal Azərbaycanın inflyasiya proqnozlarını dəyişməz saxlayıb.

Statistika portalı bu ilin ilk rübü üzrə Azərbaycanda 4,7%, ikinci rübdə 4,3%, üçüncü rübdə 4%, dördüncü rübdə isə 3,5% inflyasiya proqnozlaşdırıb.

“Trading Economics” paralel olaraq Azərbaycan Mərkəzi Bankının da uçot dərəcəsini azaldacağını proqnozlaşdırıb. TE hesab edir ki, AMB bu ilin ikinci rübündə uçot dərəcəsini 6,5% səviyyəsində sabit saxlayacaq, üçüncü rübdə 6,25%-ə, ilin son rübündə isə 6%-dək endirəcək.

Qeyd edək ki, Mərkəzi Bank sonuncu dəfə bu ilin fevral ayının 4-də uçot dərəcəsini 0,25% bəndi azaldaraq 6,5%-ə endirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər