Rusiyanın xarici borcu 1 fevral tarixinə 61,97 milyard dollara çatıb. Bu, 2006-cı ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Məlumat Maliyyə Nazirliyinin statistik göstəricilərinə əsaslanır.
2006-cı il yanvarın 1-nə Rusiyanın xarici borcu 76,5 milyard dollar təşkil edib, 2007-ci ildə isə 52 milyard dollara qədər azalıb və bundan sonra 60 milyard dollar həddini keçməyib.
Rusiya Mərkəzi Bankı ölkənin ümumi xarici borcunu 1 yanvar tarixinə 319,8 milyard dollar səviyyəsində qiymətləndirib. 2025-ci ilin əvvəlindən bu göstərici 10% artıb. Tənzimləyici artımı rublun məzənnəsinin möhkəmlənməsi və şirkətlərin əlavə borc maliyyələşməsi cəlb etməsi ilə izah edib.







