“Rabitəbank” ASC səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası 12 fevral 2026-cı il tarixində, saat 17:00-da Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən Bankın inzibati binasında keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə bankın 2025-ci il maliyyə hesabatlarının (Balans, Mənfəət və Zərər), Audit Komitəsinin hesabatının təsdiqi, səhmdarlara dividend ödənilməsi, Müşahidə Şurası üzvlərinə mükafat verilməsi, “Capital Partners” İŞ-nin Müşahidə Şurasının tərkibinin təsdiqi, “Rabitəbank” ASC adından qərar verəcək səlahiyyətli orqanın təyin edilməsi, nizamnamə kapitalının artırılması, eləcə də təşkilati və cari məsələlər daxildir.





