13 C
Baku
Sunday, February 15, 2026

Təl-Əviv və Qüds dünyanın ən çirkli şəhərləri oldu

Təl-Əviv və Qüds fevralın 14-dən İsraili bürüyən güclü toz fırtınası səbəbindən planetin ən çirkli şəhərləri siyahısında ilk yerlərə yüksəlib.

“Ynet” bu barədə şəhərlərdə havanın keyfiyyətini qiymətləndirən İsveçrənin “IQAir” şirkətinin məlumatlarına istinadən xəbər yayıb.

Hava şəraiti ilə əlaqədar tibb mütəxəssisləri israillilərə lazımsız açıq hava fəaliyyətlərindən çəkinməyi tövsiyə edirlər. Həkimlər həmçinin xroniki xəstəlikləri olan şəxslər üçün açıq havada qalmağın ciddi risk yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Təl-Əvivdə havanın çirklənmə səviyyəsi 2090 AQI göstəricisinə çatıb. Qüdsdə isə bu rəqəm 597 AQI olub. Hər iki şəhərdə havanın keyfiyyəti “təhlükəli” kimi qiymətləndirilib.

Pakistanın Lahore şəhəri isə çirklənmə səviyyəsinin 1165 AQI-yə çatması ilə “IQAir” reytinqində üçüncü yerdə qərarlaşıb və “sağlam olmayan” kateqoriyasına daxil edilib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər