Azərbaycan və Serbiya kənd təsərrüfatı məhsullarının mübadiləsini müzakirə edib.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
“Mən əvvəl Zirə pomidorlarının dadına baxmışdım. Bu dəfə isə Naxçıvan məhsullarının dadına baxdım. Bildiyim qədərilə Azərbaycan keyfiyyətli məhsullarının ixrac qiymətində bizə ciddi güzəşt edəcək. Biz də Azərbaycana müəyyən məhsullar ixrac edə bilərik. Ancaq Serbiya bir az təmbəllik edir”, – o əlavə edib.






